Azərbaycan Dövlət Simli Kvarteti
Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.
Simli kvartetin tərkibi: Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Soltan Məmmədova (II violin), Azərbaycan Respublikasının Əməkdar artisti Vaxtanq İmanov (viola), Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (violonçel).
Simli Kvartet 1998-ci ilin sentyabrında Parisdə YUNESKO xətti ilə keçirilən dahi bəstəkar Q.Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış etmişdir. Dəfələrlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycanda və xarici ölkələrdə dövlət xətti ilə keçirilən tədbirlərdə uğurla çıxış etmişdir.