images

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə 1964-cü ildə yaradılmışdır. Gənc kollektivin başında, 1992-ci ilə qədər orkestrin bədii rəhbəri, istedadlı musiqiçi Nazim Rzayev olmuşdur. Elə özünün fəaliyyətə başladığı ilk günlərdən orkestr Respublikada fəaliyyət göstərən aparıcı kollektivlər arasında layiqli yer tutaraq çoxlu sayda və müvəffəqiyyətlə Rusiyanın şəhərlərində konsertlərlə çıxışlar etmişdir (o cümlədən Moskva şəhərində) , Çexoslovakiya, Polşa, Tunis, Bosniya və Hersoqovina və Türkiyədə. 1992-1995 illərdə orkestrə Ramiz Məlikaslanov başçılıq etmişdir. Onun rəhbərliyi altında orkestr konsert proqramları ilə Almaniyada çıxış etmişdir. 1995-ci ildən 1997-ci il də daxil olmaqla orkestrə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən 2018-ci ilədək orkestrə Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev rəhbərlik edirdi 1998-ci ilin iyulunda orkestr Azərbaycan mədəniyyətini Londonda müvəffəqiyyətlə təmsil etmi., həmin ilin sentyabr ayında isə Parisdə Qara Qarayevin 80 illiyinə həsr olunmuş yubiley konserti verdi. Orkestr dəfələrlə Moskva və Sankt-Peterburqda çıxış etdi, İ.S.Baxın yubiley festivalında və Türkiyədə Barokko musiqisi festivalında (2000-2003), Hannoverdə “EXPO-2000” Ümumdünya festivalında, 2001-ci ildə Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu münasibətilə konsert verdi. 2001-ci və 2002-ci illərdə orkestr Avstriyada, 2004-cü ildə Gürcüstanda, “EXPO-2005”-ci ildə Yaponiyanın Naqoyye şəhərində və Misirdə, 2006-cı ildə Belorusiyada, 2007-2008-ci illərdə Cənubi Koreyada, Almaniyada və Fransada, 2009-cu ildə İsveçrədə, 2010-cu ildə Misirdə konsertlər vermişdir. 2011-ci ilin may ayında Pekin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, iyul ayında Fransada “Ramatuel” Beynəlxalq Klassik Musiqi Festivalında çıxış etmişdir. 2011-ci ilin fevral ayında Orkesrt Parisdə “Qavou” Konsert Zalında sentyabr ayında Berlin və Paris şəhərlərində, dekabr ayında Roma şəhərində Heydər Əliyev Fondunun və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın Müstəqilliyinin 20 il dönümünə həsr olunmuş konsert proqramları ilə çıxışlar etmişdir. 2012-ci ilin iyun ayında Orkestr Türkiyənin Ankara və İzmir şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert proqramları ilə çıxışlar etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində Kamera Orkestri ilə digər dirijorlar çıxış etmişlər, məsələn, Səlim Akçil (Türkiyə), Hakan Şensoy (Türkiyə), Simon Kamartin (İsveçrə), Fabyen Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freyzitser (Avstriya), Aleksandr İvaşkin (İngiltərə). 2007-ci ildə Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” Milli Mükafatına layiq görülmüşdür. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.