“Yeni adlar” layihəsi çərçivəsində konsert
“Yeni adlar” layihəsi çərçivəsində konsert
Bədii rəhbər və baş dirijor :
Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Solistlər:
Respublika və beynəlxalq müsabiqələr laureatları
Hidayət Sadıqbəyli (piano)
Aydan Yeşildağ (piano)
Proqramda S.Raxmaninov piano və orkestr üçün 1 saylı konsert (fis-moll, op.1) və E.Grieg piano və orkestr üçün konsert (a-moll, op.16) səslənəcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.