Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş “Məhəbbət işığı” adlı xatirə gecəsi

Solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), Respublika və beynəlxalq müsabiqələr laureatları Mədinə Şahgəldiyeva (kamança) və Nərmin Rzayeva (piano) dinləyicilər qarşısında çıxış edəcək. 

Proqramda Sevda İbrahimovanın  “Əzizlərimin xatirəsinə” pyeslər silsiləsi,“Tez gəl”, “Sənin sədaqətin” romansları, “Oyan Bülbül” və  “Məhəbbət işığı” fortepiano silsiləsi səslənəcək.