20 Yanvar Faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək
Bədii rəhbər və baş dirijor AR-nın xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov, Anar Şuşalı, Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri İrina Mehdiyeva, Zərrin Əliyeva dinləyicilər qarşısında çıxış edəcək.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.