Rauf Hacıyev 100

Dekabr ayının 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək. Tanınmış violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidova tamaşaçılara öz ifasını təqdim edəcək.