COP29-a həsr olunmuş növbəti konsert keçiriləcək

19 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş növbəti konsert keçiriləcək.

Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynova

 Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) 

 F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu (xormeystr Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) 

Solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova, Eldəniz Məmmədov, Televiziya Muğam Müsabiqəsi laureatları Zabitə Alıyeva (xanəndə), Vəfa Vəzirova (xanəndə), Beynəlxalq müsabiqələr laureatları Taleh Yahyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), Preziden təqaüdçüsü Aidə Rəfiyeva (kamança), Natavan Həsənova (qanun), Sevinc Səfərova (kamança), Ulduz Məmmədova (kamança), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) və Rəvanə Qurbanova (xanəndə) dinləyicilər qarşısında çıxış edəcək.

Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.