Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert

Dirijor Mustafa Mehmandarov

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) 

Solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Sənan Hacılı (tar) 

Programda  C.Zülfüqarov “Çağırış” uvertürası,  A.Dadaşov 16 nömrəli “Heydər” simfoniyası (əsər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub), D.Dadaşov tar və orkestr üçün konsert,  S.Fərəcov “Türk rəqsi”, C.Allahverdiyev  “Tac-Mahal” baletindən fraqmentlər,  Y. Xəlilov “Naxçıvan kapriççiosu” (əsər Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub), V.Allahverdiyev  “Aşıqsayağı”, L.Cəfərova  “Sumela” simfonik poeması və  M.Umudovun  “Simfonik rəqs” əsəri səslənəcək. Qeyd edək ki, konsertdə səslənən bütün əsərlər ilk dəfə ifa olunacaq.