Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş növbəti konsert keçiriləcək

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bədii rəhbər və baş dirijor - Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov

Konsertmeyster - Azərbaycan Respublikasının Əməkdar artisti Samirə Aşumova

 Solistlər -  Azərbaycan Respublikasının Əməkdar artistləri İlham Nəcəfov (tütək), İnarə Babayeva (soprano), Tural Ağasıyev (tenor), Respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Həsənova (qanun), Rameş Paşayev (balaban) və Aftandil Hüseynov (nağara) dinləyicilər qarşısında çıxış edəcək.

Proqramda E.Dadaşova “Musiqiyə dəvət”,  A.Hacıəsgərli kamera orkestri üçün  “Məryəm”süitası, T.Məmmədli “Günəşim mənim” romansı, M.Arazbəyli “Freska”,  A.Zahid  “Əbədi xatirə” (əsər şəhidlərimizin əziz xatirəsinə ithaf olunur), N.Nağıyeva “Əsgərin duası”, İ.Azmanlı “Turan motivləri” 2 hissə (I hissə - “Dəmirqız (Tomiris) ananın ağısı” və II hissə - “Dədəm Qorqudun qopuzu”), İ.Qismət-Abdulla Azərbaycan xalq melodiyaları əsasında xoreoqrafik-fantaziya “Xarıbülbül”, G.Abdullayeva  “Azərbaycan rəqsi” və F.Nağıyevın “Skertso” əsəri səslənəcək.