Azərbaycan şairi Hüseyn Arifin 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti
Bədii rəhbər və baş dirijor - Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev
Musiqi rəhbəri - Mahir İbrahimov
Solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova və Babək Niftəliyev, Vəfa Vəzirova, Aşıq Elməddin Məmmədov, Rəvanə Qurbanova, Nurlana Abdullayeva, Avdı Musayev, Xəyal Hüseynov, Aşıq Samirə və Əli Tapdıqoğlu dinləyicilər qarşısında çıxış edəcək.
Konsertdə qiraətçi Azərbaycan Respublikasının Xalq artisti Sabir Məmmədov, Respublika və beynəlxalq müsabiqələr laureatları Rəşad Dadaşov, Firuzə İsmayıl, Hüseynağa Aslanov və F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti Hüseyn Arifin şeirlərini musiqi ilə vəhdətdə təqdim edəcək.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və aşıq musiqisi səslənəcək.