Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək.
Dirijor - Mustafa Mehmandarov
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova)
Solistlər - Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov (tenor) və Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Məmmədov (kamança) dinləyicilər qarşısında çıxış edəcək.
Proqramda F.Əmirov “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, T.Quliyev “Sənə də qalmaz”, V.Gərayzadə “Fantaziya”, Q.Hüseynli “Ay işığında”, E.Mansurov “Elegiya-Rekviem”, R.Mirişli “Məşəl kimi yanan ürək”, A.Əlizadə “Ana torpaq” və Azərbaycan xalq mahnısı “Gözəlim sənsən” səslənəcək.