Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş konsert keçiriləcək.
Bədii rəhbər və baş dirijor - Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova
Azərbaycan Dövlət Xor Kapellası
Bədii rəhbər Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru
Konsertmeysterlər - Elxan Niftiyev, Şahin Yaqubzadə, Yusif Əli-zadə (zərb alətləri), Eldar İsababayev (bas- gitara)
Solistlər - Adil Baxışlı, Leyla İbrahimova, Emin Məmmədov, “Güləbatın” kvarteti, İsmayıl Pənahov və Yekaterina İsayeva auditoriya qarşısında bir-birindən maraqlı bayram ab-havalı musiqi nümunələri ilə çıxış edərək, dinləyiciləri Yeni ilin - 2025-ci ilin sehrinə qərq edəcək.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.