IV Azərbaycan Vokalçıları Festivalının təntənəli bağlanış mərasimi keçiriləcək
Dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru (xormeyster Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sevil Hacıyeva)
Solistlər - Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova, Azərbaycan Respublikasının Əməkdar artistləri Fərid Əliyev, İnarə Babayeva, Ramil Qasımov, Anton Ferştandt və xor kollektivi, Adil Axundov dinləyicilər qarşısında çıxış edəcək.
Proqramda G.Puccini «Turandot» operasından Kalafın ariyası, «La Rondine» operasından Maqdanın ariyası, «Toska» operasından Skarpianın ariyası, Ü.Hacıbəyli “Firuzə” operasından Firuzənin ariyası, «Koroğlu» operasından «Çənlibel», G.Verdi «Ernani» operasından Elviranın ariyası, R.Leoncavallo «Payatsı» operasından Kanionun ariyası, F.Əmirov «Sevil» operasından Dilbərin mahnısı, G.Bizet «Karmen» operasından Eskamilionun kupletləri, P.Çaykovski «Qaratoxmaq qadın» operasından Tomskinin mahnısı, S.Kərimi «Nəsimi» operasından Nəsiminin ariyası səslənəcək.