Azərbaycan Dövlət Simli Kvartetinin “Kamera Musiqisi Axşamı” adlı növbəti konserti keçiriləcək
Musiqili gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında A.Dvorak 12 nömrəli kvartet “Amerikalı” (F-dur, op.96) və E.Grieg 1 nömrəli kvartet (g-moll, op.27) qonaqlara təqdim olunacaq.
Simli kvartetin tərkibi Nəzrin Aslanlı (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.