Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcək

Bədii rəhbər və baş dirijor - Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov 

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Şərif Bağırov (klarnet) 

Proqramda S.Barber simlilər üçün serenada (op.11), W.A.Mozart klarnet və orkestr üçün konsert A-dur, R.Fuchs 1 nömrəli serenada D-dur (Bakıda ilk ifa), D.Şostakoviç prelüd və skerso (op.11) səslənəcək.