20 Yanvar Faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

Dirijor Mustafa Mehmandarov

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) 

Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova)  

Solist - Ayaz Kərimov (tenor)

Proqramda A.Rzayev  “Bakı-90” simfoniyası, R.Wagner “Ziqfridin ölümü və matəm marşı”, R.Əliyev “Azadlığa gedən yollar”, A.Əlizadə “Azərilər” kantatasından “Odlar yurdunun səsi” səslənəcək.