Baku International Arts Festival çərçivəsində möhtəşəm bir musiqi axşamı baş tutacaq.

BİAF – Baku International Arts Festival çərçivəsində 31 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm bir musiqi axşamı baş tutacaq.

Məşhur pianoçu Behzod Abduraimov Azərbaycan musiqisevərlərinin qarşısında çıxış edəcək.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Fuad İbrahimovun rəhbərliyi ilə səhnəyə çıxacaq bu möhtəşəm konsert musiqi dünyasında unudulmaz bir iz buraxacaq.