Klassik Musiqi Axşamları

Klassik Musiqi Axşamları

Oktyabrın 22-də saat 20.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi, Premier LTD konsert agentliyinin təşkilatçılığı ilə tanınmış israilli musiqiçi Avi Avitalın konserti olacaq. Gecə Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

 Baku Chamber Orchestra
Solist:
Avi Avital (mandolin)
 Dirijor:
Azərbaycan Respublikasının Əməkdar artisti 

 Fuad İbrahimov

Avi Avital mandolində Bax, Vivaldi və digər böyük bəstəkarların əsərlərini ifa edir.