Konsertdə violonçel ifaçısı Əyyub Əliyev, violin ifaçısı Elina İsmət, pianoçular Rəfiqə Quluzadə, Nurcan Rzayeva, Aylin Hüseynzadə və Fidan İslamova çıxış edəcəklər. Həmçinin arfa ifaçısı Şəhlа Əlizadə, fleytaçı Nərgiz Əliyeva, vokalçılar Mədinə Mirzəyeva, Talıb İsgəndərli, Ömər Əlizadə və Əzizə Məhərrəmova da səhnədə olacaq.

Tədbir çərçivəsində Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.

“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert proqramı baş tutacaq.