Fevralın 24-də Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunacaq.
Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, Respublika və beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediəcəklər.
Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.