Musiqili gecədə solist - Kalininqrad kafedral kilsəsinin orqan ifaçısı Yevgeniy Avramenko (Rusiya, orqan) dinləyicilər qarşısında çıxış edəcək.

Proqramda A.Mirzəyevin II barokko orqan simfoniyası (6 hissə),  Adagio “Nizami Gəncəvi”,  Johann Sebastian Bach g-moll fantaziyasına dördsəsli fuqa, Johann Sebastian Bach xatirəsinə orqan simfoniyası (5 hissə),  J.S.Bach  Adagio a-moll (BWV564) və fantaziya g-moll (BWV542) səslənəcək.

 


 

Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunmuş konsert keçiriləcək.