Musiqili gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında A.Dvorak 12 nömrəli kvartet “Amerikalı” (F-dur, op.96) və E.Grieg 1 nömrəli kvartet (g-moll, op.27)  qonaqlara təqdim olunacaq.

Simli kvartetin tərkibi Nəzrin Aslanlı (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.



 

Azərbaycan Dövlət Simli Kvartetinin “Kamera Musiqisi Axşamı” adlı növbəti konserti keçiriləcək.