Ölkəmizin musiqi tarixi və ansambl ifaçılığında xüsusi önəmi olan Azərbaycan Dövlət Simli Kvartetinin 6 mart tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Notların ahəngindəki poeziya” adlı konserti baş tutacaq.

Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə qiraətçilər - Anara Axundova, Ülviyyə Axundova, Natella Kərimova, Nigar Babayeva musiqinin sehrinə bürünmüş sözlərlə bu musiqili gecəni dinləyicilər üçün unudulmaz edəcək.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının bir-birindən gözəl əsərləri ilə poeziyanın düşünməyə sövq edən fərqli parçaları  vəhdət təşkil edərək insanların ruhunu oxşayacaq.


 

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Notların ahəngindəki poeziya” adlı konserti baş tutacaq.