Xəbərlər Xəbərlər
- 18-03-2026
18 mart tarixində Çanaqqala döyüşünün 111-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirildi.
Konsertdə dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster, Xalq artisti Gülbacı İmanova) çıxış etdilər.
Proqram çərçivəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası təqdim olundu. Əsər tarixi hadisələrin bədii-musiqi ifadəsi kimi tamaşaçılara dərin təsir bağışladı.
Oratoriyada solistlər — Selcan Fermor-Hesketh (soprano), Günel Əsədova (mezzo-soprano), Samir Cəfərov (tenor), Mahir Tağızadə (bariton) və Rüstəm Behrudi (bədii qiraət) çıxış edərək əsərə xüsusi emosional çalarlar qatdılar.
Tədbir musiqisevərlərin alqışları ilə başa çatdı və Çanaqqala döyüşü qəhrəmanlarının xatirəsinə ehtiram ifadə olundu.