SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçirilib
Avqust ayının 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay səhnəsində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Konsert valsı və “Rast” simfonik muğamı səslənib. Solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) orkestrin müşayiəti altında dinləyicilərə bəstəkarın “Arzu” romansı və “Qaragilə” xalq mahnısını (işlənmə Niyazinindir) təqdim ediblər .
Təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları aıtlnda başa çatıb.