Kamera və Orqan Musiqisi Zalında abonement konsertlər silsiləsindən Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunub.
Aprelin 15-də M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında abonement konsertlər silsiləsindən Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunub.
İlk öncə bəstəkar-musiqişünas Rüzgar Əhmədzadə ifa olunacaq əsərlər haqqında dinləyicilərə məlumat verib.
Daha sonra Azərbaycan Dövlət Simli Kvarteti və “Şəms Qəmər” xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva) tamaşaçıların qarşında çıxış edib.
Proqramda Musa Mirzəyev - Kvartet , Xəyyam Mirzəzadə - Miniatürlər , Rüzgar Əhmədzadə - Xor və simli kvartet üçün “Rənglər”op.16, Xalq mahnısı “Yaylıq” (işləməsi Rüzgar Əhmədzadənindir) səslənib.