Xəbərlər Xəbərlər
- 25-04-2023
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Musiqi gecəsində dirijor Orxan Həşimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Ümidə Abasova (violin) və Dennis Həsənov (violin) çıxış ediblər.
Solistlər dinləyicilərə Feliks Mendelsonun Violin və orkestr üçün 18 nömrəli mi minor op.64 və Dmitri Şostakoviçin Violin və orkestr üçün 1 nömrəli lya minor op.77 konsertlərini təqdim ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.