Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

May ayının 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi   və Bakı şəhəri İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) çıxış edib.

Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vasif Adıgözəlov, Kamal, Sevil Əliyeva, Ruslan Zeynalovun əsərləri və xalq mahnıları Xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Əməkdar artistlər, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Afaq Abbasova, Ramil Qasımov, Sahib Paşazadə, Xəyyam Mustafazadə və Amil Həsənoğlu tərəfindən səsləndirilmişdir.