Xəbərlər Xəbərlər
- 19-01-2024
20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi
19 yanvar tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi baş tutub.
Öncəliklə faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) çıxış ediblər. Solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt (bariton) və Respublika və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadənin (soprano) ifasında J.Brahmsın "Alman Rekviyemiİ" op.45 səslənib.