Qətər Dövlətinin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Mədəniyyət günləri çərçivəsində təşkil olunan konsertlərdə Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadə), Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov) çıxış ediblər.