Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti
19 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədovanın (soprano) ifasında W.A.Mozart Divertisment (D dur, K.136), “Exsultate, Jubilate” moteti (K.165), F.Schubert Offertorium, op.46, D.136 (Bakıda ilk ifa), P.İ.Çaykovski “Elegiya”, Allegro ma non tanto (TH 161, G dur), F.Əlizadə “Rəqs” və N.Skalkottas 5 yunan rəqsi (Bakıda ilk ifa) səslənib.