Xəbərlər Xəbərlər
- 17-01-2025
20 Yanvar Faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
17 yanvar tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar Faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. 20 Yanvar faciəsi xalqımızın hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yaddaşlara həkk olunub. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi , Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solist - Ayaz Kərimov (tenor) dinləyicilər qarşısında çıxış edib.
Proqramda A.Rzayev “Bakı-90” simfoniyası, R.Wagner “Ziqfridin ölümü və matəm marşı”, R.Əliyev “Azadlığa gedən yollar”, A.Əlizadə “Azərilər” kantatasından “Odlar yurdunun səsi” səslənib.