Xəbərlər Xəbərlər
- 20-12-2022
“Yeni adlar” layihəsi çərçivəsində konsert
Dekabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni
adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilmişdir.
Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii
rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadlar
– Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və
Hüseyn Quliyev (tar) çıxış etmişlər.
Orkestr tərəfindən Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı
simfonik muğamından fraqment səslənmişdir.
Solistlər Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli Konserti və
Kamança və orkestr üçün Konserti dinləyicilərə təqdim etmişlər.
Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı
nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi
dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının
artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında
simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi
onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.