3 Fev 2023
“Gəncliyin səsi” festivalı çərçivəsində konsert
Fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı çərçivəsində gənc bəstəkarların diplom işlərindən ibarət konsert təşkil olunub.
Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı və Tofiq Rzayevin əsərləri səslənib.