Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olunub.
Bayram şənliyində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayraminin fəlsəfəsi haqda, bayramla bağlı adət-
ənənələrimizdən söhbət açıb.
Tədbir Televiziya Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayevanın ifasi, Əməkdar artist Xəyyam Məmmədov (kamança), Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun (tar) müşayiəti ilə, rəqqaslar Gülarə Əhmədova va Aydəmir Aydəmirovun iştirakı
ilə davam edib.