F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu
F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor qrupu 1936-cı ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasında "Mahnı və Rəqs ansamblı"nın tərkibində yaradılmışdır.
Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı Azərbaycanın tanınmış incəsənət xadimlərindən Hacıbaba Əliyev, Ziya Bağırov, Maral Əliyeva, Sevil Hacıyeva rəhbərlik edib.
Mahnı və rəqs ansamblının xor qrupunun repertuarını əsasən xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərləri təşkil edir.
Kollektivin xormeysteri Azərbaycan Respublikasının Əməkdar artisti Naala Barateliadır. Xor qrupu Respublikamızda və ölkə hüdudlarından kənarda keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edir.