Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

Noyabr ayının 1-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında J.S.Bachın Çakona (işləyəni Ü.Məmmədov), W.Lutoslawskinin 5 Xalq Melodiyaları (bakıda ilk ifa), P.İ.Çaykovskinin “Qardələn”, “Payız mahnısı”, J.Sukun Simlilər üçün serenada, op.6 əsərləri səslənib.