Xəbərlər Xəbərlər
- 02-05-2023
Azərbaycan-Çexiya diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş konsert
May ayının 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan-Çexiya diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş konsert təşkil olunub.
Tədbirin əvvəlində Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab Milan Sedlaçek və Milli Məclisin deputatı, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev çıxış ediblər.
Musiqili gecədə solistlər Plzen Dövlət Konservatoriyasının professoru Roman Fedçuk, respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti altında çıxış edibər.
Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.