“Muzikinės istorijos iš Azerbaidžano” (“Azərbaycan musiqi hekayələri”) adlı konsert

May ayının 5-də Litvanın Vilnüs şəhərində “Muzikinės istorijos iš Azerbaidžano” (“Azərbaycan musiqi hekayələri”) adlı konsert təşkil olunub.

İştirakçılar konsert proqramından əvvəl Filarmoniyanın foyesində sənətşünas, fotoqraf Anna İbrahimbəyovanın geniş sərgisi ilə tanış olub.

Musiqili gecədə Azərbaycan Respublikasının Əməkdar artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fuad İbrahimovun rəhbərliyi və solist, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylinin iştirakı ilə Litva Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim olunub.