Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub

May ayının 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub.

Musiqili gecədə Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Mikayılqızı (qanun) və Surə Rüfətin (violin) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.