Xəbərlər Xəbərlər
- 26-05-2023
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərindən ibarət qala konsert keçirilib
May ayının 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərindən ibarət qala konsert keçirilib. Konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov və respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər, Azərbaycan Respublikasının Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano), Dinarə Əliyeva (soprano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrogio Maestri (bariton) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.