Xəbərlər Xəbərlər
- 06-06-2023
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub
İyun ayının 5-də Kamera və Orqan Musiqisi zalının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.
Solist Laçın şəhər Əli Quliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Alsu Tağızadə (müəllim: Renat Nəbiyev) öz ifasını dinləyicilərə təqdim edib.
Proqramda A.Əlizadə “Cəngi”, V.Mustafazadə “Mart”, İ.Abdullayevin “İthaf”, F.Say “Jazz fantasy on Mozart”, J.Haydn Sonata No.46–Hob.XVI:31, (E-dur), J.S.Bach Prelüd və fuqa, YTK, I cild (C-dur), J.S.Bach Xoral prelüd “Nun komm' der Heiden Heiland”, J.S.Bach Konsert d-moll (I hissə), J.S.Bach/A.Marcello Adajio (d-moll), F.Chopin Prelüd e-moll, op.28, No. 4, J.S.Bach 3 saylı orkestr süitasından Aria (D-dur) səslənib.