Xəbərlər Xəbərlər
- 10-06-2023
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi tədbirləri çərçivəsində “Orqan musiqisi axşamı” adlı konsert keçirilib.
İyun ayının 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi tədbirləri çərçivəsində “Orqan musiqisi axşamı” adlı konsert keçirilib.
Konsertdə solistlər - beynəlxalq müsabiqələr laureatları Nəzər Bəylərov (xanəndə), Rəşad İbrahimov (tenor), Nigar Məmmədova (orqan), Şəfəq Abdullayeva (orqan), Üzeyir Məmmədov (orqan), Əliheydər Aydın (orqan) və “Xarıbülbül” xoru (xormeyster: Azərbaycan Respublikasının Əməkdar artisti Yulizana Kuxmazova) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və avropa bəstəkarların əsərləri səslənib.
Qeyd edək ki, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır.