Xəbərlər Xəbərlər
- 04-07-2023
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri artistlərinin attestasiyası keçirilmişdir
3 iyul 2023 – cü il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri artistlərinin attestasiyası keçirilmişdir. Attestasiyanın məqsədi kollektivin hər bir üzvünün ifaçılıq və yaradıcılıq bacarıqlarının təkrar yoxlanılması, lazım olduğu təqdirdə müəyyən tədbirlərin görülməsini nəzərdə tutmuşdur. Attestasiya komissiyasının üzvləri Azərbaycan musiqi mədəniyyətinin sayılıb seçilən xüsusi professional pedaqoq və ifaçılarından təşkil olunmuşdur.
Filarmoniya rəhbərliyinin tələbi görkəmli Azərbaycan bəstəkarı, dahi Qara Qarayevin adını daşıyan bu kollektivin hər bir üzvü və idarəetmə kollektivinin onun adına layiq olması və qoyulan yüksək səviyyəli yolu layiqincə davam etdirmədən ibarətdir.