Xəbərlər Xəbərlər
- 07-07-2023
“Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan mədəniyyət xadimlərinin təltifetmə mərasimi keçirilib
İyul ayının 6-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan mədəniyyət xadimlərinin təltifetmə mərasimi keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində təşkil olunan mərasimdə konsertin bədii hissəsində iştirak edən incəsənət xadimlərinə, eləcə də konsertin aparıcılarına “Təşəkkür Sertifikatı” təqdim olunub.
Xatırladaq ki, Mədəniyyət televiziyası ilə canlı yayımlanan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Ansamblın instrumental heyəti, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.