Xəbərlər Xəbərlər
- 09-07-2023
Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib
İyul ayının 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli (piano), Eldəniz Ələkbərzadə (piano) və Kamal Qədirov (trombon) çıxış ediblər.
Solistlər dinləyicilərə L.Grondahlın Trombon və orkestr üçün Konsertini və F.Poulencin İki piano və orkestr üçün Konsertini (d-moll, FP 61) təqdim ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.