Xəbərlər Xəbərlər
- 03-07-2023
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı
27.07-02.08.2023
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanmış və gözəl bir ənənəyə çevirilmiş XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 27-dən – avqustun 2-dək reallaşıb.
Məlum olduğu kimi, möhtərəm Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022 – ci il sərəncamına əsasən 2023 – cü il “Heydər Əliyev ili” elan edilib. XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının da keçirilməsi məhz bu tarixi, əlamətdar hadisəyə həsr olunub.
Musiqisevərlər 7 gün davam edən festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Silsilə tədbirlər çərçivəsində klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamlarının da təşkil edilib.
Festvalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Xalq artisti, professor Murad Adıgözəlzadədir.