“Viva Opera” adlı konsert
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XIII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 27 iyul 21.00-da açıq hava konsert səhnəsində (Qafqaz Resort) “Viva Opera” adlı konsert ilə baş tutub. Açılışda Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Dinarə Əliyeva (soprano), Yusif Eyvazov (tenor), Samir Cəfərov (tenor), Əvəz Abdullayev (bariton) və Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova (mezzo-soprano) ifalarını dinləyicilərə təqdim ediblər.