Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

28 iyul 21.00-da açıq hava konsert səhnəsində bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatı Əli Məmmədovun (piano) konserti baş tutub.

Konsertin əvvəlində Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək dahi rus bəstəkarı Sergey Rahmaninov haqda məlumat verib, hər iki əsərin yazılma tarixi barədə maraqlı faktlarla tamaşaçılarla bölüşüb.

Proqramda Sergey Rahmaninovun Simfoniya e-moll, op.27, №2 (III hissə) və Piano və orkestr üçün Konsert d-moll, op.30, №3 səslənib.