Xəbərlər Xəbərlər
- 30-07-2023
XIII Qəbələ Musiqi Festivalı çərçivəsində növbəti konsert
29 iyul 21.00-da açıq hava konsert səhnəsində (Qafqaz Resort) Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçilrilib.
Konsertin əvvəlində Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək musiqili gecənin proqramı haqda tamaşaçılara məlumat verib, xüsusilə Moris Ravelin Piano (sol əl) və orkestr üçün D-dur Konsertinin (№2) yaranma tarixindən söz açıb.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Yeganə Axundova (piano), Murad Adıgözəlzadə (piano), beynəlxalq müsabiqələr laureatları Yuri Sayutkin (piano, Türkiyə/Azərbaycan) və Dennis Həsənov (violin, Rusiya) rəngarəng proqramla dinləyicilərin zövqünü oxşayıblar.
Proqramda Wolfgang Wolfgang Amadeus Mozartın “Seralyadan qaçırılma” operasından Uvertürası, Moris Ravelin Piano (sol əl) və orkestr üçün D-dur Konserti (№2), Camille Saint-Saënsın “İntroduksiya və Rondo Kapriççiozo”, Aleksandr Tsfasmanın Piano və orkestr üçün “Jazz süitası” və Arif Məlikovun Piano və orkestr üçün Konsertdən fraqmentlər səslənib.